Telefon:
+994 55 670 70 88
Xəbərçi » İdman » "Qarabağ" bu gün Avstriyada iki yoxlama oyunu keçirəcək

"Qarabağ" bu gün Avstriyada iki yoxlama oyunu keçirəcək

01 iyul 2026, Çərşənbə
5
0

"Qarabağ" bu gün Avstriyada iki yoxlama oyunu keçirəcək

Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün sözügedən ölkədə daha iki yoxlama oyunu keçirəcək.

Qurban Qurbanovun baş məşqçisi olduğu komanda ilk olaraq Ukrayna təmsilçisi "Xarkov"la üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.

"Köhlən atlar" ikinci matçında Macarıstanın "Ferentsvaroş" kollektivi ilə qarşılaşacaq. Bu görüş isə saat 19:30-da başlayacaq.

Xatırladaq ki, Avstriyadakı ilk yoxlama oyununda "Tirol"a 4 cavabsız qolla qalib gələn "Qarabağ" Bakıda "Zirə"ni üstələyib - 4:3.

Şərh yaz
Şərhlər (0)