Telefon:
+994 55 670 70 88
Xəbərçi » İdman » “Qarabağ” ilk transferini etdi - Klubu təsdiqlədi

“Qarabağ” ilk transferini etdi - Klubu təsdiqlədi

12 may 2026, Çərşənbə axşamı
4
0
“Qarabağ” ilk transferini etdi - Klubu təsdiqlədi
 
Kiprin “Omoniya” klubunun futbolçusu Jali Muaddibin “Qarabağ”a keçidi təsdiqlənib.
 
“Bu barədə klubun baş meneceri Giorqos İrakleus açıqlama verib.
 
İrakleus 25 yaşlı fransalı vingerin Azərbaycan təmsilçisi ilə müqavilə razılaşdığını deyib: “Qarabağ”la futbolçumuz arasında . Ancaq deməliyəm ki, futbolçu aylar əvvəl bizə “Qarabağ”ın ona maraq göstərdiyini bildirmişdi. Hətta vurğulamışdı ki, komandanın liqada qalması uğrunda sona qədər mübarizə aparacaq”.
 
Qeyd edək ki, Jali Muaddibin “Omoniya” ilə sözləşməsi mövsümün sonuna qədər olduğundan, oyunçu yayda “Qarabağ”a azad agent kimi keçəcək.
Şərh yaz
Şərhlər (0)