Telefon:
+994 55 670 70 88
Xəbərçi » İdman » "Qarabağ" tarix yazdı: "pley-off"da potensial rəqibləri müəyyənləşib

"Qarabağ" tarix yazdı: "pley-off"da potensial rəqibləri müəyyənləşib

29 yanvar 2026, Cümə axşamı
2
0
"Qarabağ" tarix yazdı: "pley-off"da potensial rəqibləri müəyyənləşib
 
Xəbər verdiyimiz kimi, "Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin sonuncu - VIII turunda "Liverpul"a (İngiltərə) böyük hesabla məğlub olub.
 
" "Enfild" stadionunda keçirilirən matçda ev sahibləri 6:0 hesabı ilə qalib gəliblər.
 
Ağdam təmsilçiləri son turun nəticələrinə əsasən pley-off mərhələsinə yüksəlib. Beləliklə, "atlılar"ın Çempionlar Liqası mübarizəsi davam edir.
 
"Qarabağ" klubunun pley-off mərhələsindəki potensial rəqibləri müəyyənləşib.
 
Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv 1/8 finala yüksəlmək üçün PSJ (Fransa) və ya "Nyukasl" (İngiltərə) komandalarından birinə rəqib olacaq.
 
Qeyd edək ki, "atlılar" Çempionlar Liqasının əsas mərhələsini 10 xalla 22-ci pillədə başa vuraraq yeni tarixə imza atıb. Pley-off mərhələsinin püşkatması yanvarı 30-da keçiriləcək.
Şərh yaz
Şərhlər (0)