Telefon:
+994 55 670 70 88
Xəbərçi » İdman » UEFA Çempionlar Liqası: "Qarabağ" bu gün "Ayntraxt"la üz-üzə gələcək

UEFA Çempionlar Liqası: "Qarabağ" bu gün "Ayntraxt"la üz-üzə gələcək

21 yanvar 2026, Çərşənbə
3
0
UEFA Çempionlar Liqası: "Qarabağ" bu gün "Ayntraxt"la üz-üzə gələcək
 
"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunda bu gün Almaniyanın "Ayntraxt" (Frankfurt) klubu ilə üz-üzə gələcək.
 
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 21:45-də start götürəcək.
 
Qarşılaşmanın baş hakimi isveçrəli Sandro Şerer olacaq.
 
Xatırladaq ki, Azərbaycan çempionu hazırda 7 xalla 25-ci pillədə qərarlaşıb. Frankfurt təmsilçisi isə 4 xalla 33-cü sıradadır.
Şərh yaz
Şərhlər (0)