Telefon:
+994 55 670 70 88
Xəbərçi » İdman » “Liverpul” – “Qarabağ” oyununun biletləri satışa çıxarıldı

“Liverpul” – “Qarabağ” oyununun biletləri satışa çıxarıldı

06 yanvar 2026, Çərşənbə axşamı
3
0
“Liverpul” – “Qarabağ” oyununun biletləri satışa çıxarıldı
 
Yanvarın 28-də UEFA Çempionlar Liqasının Liqa mərhələsinin səkkizinci turu çərçivəsində keçiriləcək “Liverpul” - “Qarabağ” oyununun biletləri satışa çıxarılıb.
 
Ən ucuz biletin qiyməti 9 funt sterlinq (təxminən 21 manat) təşkil edir.
 
Biletlərin qiymətləri 61 funt sterlinqə (təxminən 140 AZN) qədərdir.
 
Son satış tarixi yanvarın 7-si olaraq müəyyən edilib.
 
Qeyd edək ki, 61 min azarkeş tutumuna malik “Enfild” stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
Şərh yaz
Şərhlər (0)