Telefon:
+994 55 670 70 88
Xəbərçi » İdman » “Ayntraxt” “Qarabağ”la oyunda azarkeşsiz qalacaq - UEFA qadağa qoydu

“Ayntraxt” “Qarabağ”la oyunda azarkeşsiz qalacaq - UEFA qadağa qoydu

18 dekabr 2025, Cümə axşamı
3
0
“Ayntraxt” “Qarabağ”la oyunda azarkeşsiz qalacaq - UEFA qadağa qoydu
 
UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi Çempionlar Liqasında “Qarabağ”ın rəqibi olan “Ayntraxt” klubunun azarkeşlərinə qadağa tətbiq edib.
 
“Almaniyalı fanatlara Bakıda Azərbaycan təmsilçisinə qarşı keçiriləcək oyunda bilet satılmayacaq. 
 
Frankfurt təmsilçisi Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunda dəstəksiz qalacaq. 
 
Buna səbəb isə onların ötən tur “Barselona” ilə keçirilən səfər matçında priotexniki vasitələrdən istifadə etməsidir. 
 
Qeyd edək ki, “Qarabağ” – “Ayntraxt” matçı yanvarın 21-i saat 21:45-də keçiriləcək. 
Şərh yaz
Şərhlər (0)