Generalın oğlu həbs edildi - Yenilənib

Uzun illər Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin müavini olmuş general-mayor Cəbrayıl Usubovun oğlu Fərid Usubov həbs edilib.
Gununsesi.info xəbər verir ki, Dövlət Gömrük Komitəsinin əməkdaşı olan Fərid Usubov Baş Prokurorluq Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs olunub.
Bildirilir ki, F. Usubov Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Liman Məntəqəsinin rəisi vəzifəsində çalışıb.
***
Baş Prokurorluğun Mətbuat xidmətindən “Qafqazinfo”ya faktı təsdiqləyiblər. Qeyd edilib ki, sözügedən şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Cinayət işi barədə əlavə məlumat veriləcək.
Daha çox xəbər:
17 noyabr 2025, Bazar ertəsi
2026-dan avtobuslara yeni qaydalar: Elektron ödəniş, sərnişin sayğacı və yaş məhdudiyyəti
11 dekabr 2025, Cümə axşamı
“Etiraf edirəm ki, mənə “paçka”larla pul verib” - General məhkəməyə gəldi
Şərhlər (0)



