Telefon:
+994 55 670 70 88
Xəbərçi » Hadisə » Bakıda restoranın yaxınlığında faciə - 4 ofisiant öldü

Bakıda restoranın yaxınlığında faciə - 4 ofisiant öldü

21 noyabr 2025, Cümə
2
0
Bakıda restoranın yaxınlığında faciə - 4 ofisiant öldü
 
Bu gün paytaxtın Binəqədi rayonu Biləcəri qəsəbəsində faciəvi hadisə baş verib.
 
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, “Lake Hotel” restoranının yaxınlığında oranın 4 əməkdaşı cərəyan vurması nəticəsində vəfat edib.
 
“Azərişıq” ASC-dən sorğumuza cavab olaraq bildirildi ki, hadisə baş verən həmin 35 kV-luq özəl xətt 2007-ci ildə istifadəyə verilib: “Həmin yüksəkgərginlikli xətt özəl şirkətə məxsus olduğu üçün “Azərişıq” ASC-nin balansında deyil”.
 
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.
Şərh yaz
Şərhlər (0)