Reyddə saxlanılan 850 minlik “Ferrari” kimindir? - Video

Bakıda nəqliyyat vasitələrindən ətraf mühitə atılan zərərli qazlara qarşı mübarizə tədbirləri davam etdirilir.
“ Avtosfer.az xəbər verir ki, Bakı şəhər DYP İdarəsi və ETSN-in əməkdaşları ilə birlikdə “Təmiz hava aylığı” ilə əlaqədar keçirilən reyddə bazar dəyəri 850 min manat olan avtomobilin sahibi saxlanılıb.
10-SY-100 dövlət qeydiyyat nişanlı “Ferrari” markalı nəqliyyat vasitəsindən ətraf mühitə atılan dəm qazının miqdarı normadan yüksək olduğu üçün sürücü 50 manat cərimələnib.
Bildirilib ki, “Ferrari”nin sürücüsü olan Miryaqub Seyidov 3 il əvvəl adı 600 min manatlıq mənimsəmədə hallanan Mirhafiz Seyidovun oğludur. Araşdırmalar nəticəsində o da məlum olub ki, Seyidovlar ailəsinin geniş avtomobil kolleksiyası var. Onlar daha çox qeydiyyat nişanında “OO” olan nəqliyyat vasitələrini idarə edirlər. Avtomobil qarajına ümumilikdə “Ferrari”, “Lamborghini” və “Porsche” kimi lüks maşınlar daxildir.
Qeyd edək ki, qaydaları pozan sürücü Miryaqub Seyidov çəkilişdən yayınmaq üçün avtomobillə ərazidən uzaqlaşıb.
<embed width="100%" height="480" src="https://qafqazinfo.bax.tv/embed/215956.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=hadise-ve-olaylar" frameborder="0" webkitAllowFullScreen mozallowfullscreen allowFullScreen></embed>
Daha çox xəbər:
31 oktyabr 2025, Cümə
Zərərli proqramları kriptovalyuta qarşılığında satırmış... - Kiberpolisdən əməliyyat
06 noyabr 2025, Cümə axşamı
Faiq Seyidov: “Qarabağın Zəfər Səlnaməsi – Xalqın Qüruru, Dövlətimizin Şərəfi”
06 noyabr 2025, Cümə axşamı
Şahlar Hüseynov: Qələbənin Beşinci İli: Şuşadan Başlayan Zəfər Yolu və Yenidən Doğulan Qarabağ
Şərhlər (0)


