Telefon:
+994 55 670 70 88
Xəbərçi » Hadisə » Leysan, şimşək, dolu - SABAHIN HAVASI

Leysan, şimşək, dolu - SABAHIN HAVASI

24 sentyabr 2026, Cümə axşamı
9
0
Leysan, şimşək, dolu - SABAHIN HAVASI
 
Sentyabrın 25-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. 
Havanın temperaturu gecə 20-23° isti, gündüz 23-26° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 60-65 % olacaq.
 
Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər dağlıq ərazilərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturu gecə 18-22° isti, gündüz 29-34° isti, dağlarda gecə 12-17° isti, gündüz 19-24° isti olacaq.

Daha çox xəbər:

Yeni il günü Bakıya qar yağacaq? - PROQNOZ
30 dekabr 2025, Çərşənbə axşamı
Yeni il günü Bakıya qar yağacaq? - PROQNOZ
Sabah 30 dərəcə isti olacaq
26 may 2026, Çərşənbə axşamı
Sabah 30 dərəcə isti olacaq
Sabah leysan olacaq - Xəbərdarlıq
03 noyabr 2025, Bazar ertəsi
Sabah leysan olacaq - Xəbərdarlıq
Şərh yaz
Şərhlər (0)