Telefon:
+994 55 670 70 88
Xəbərçi » Hadisə » Bakı metrosunun iş vaxtı uzadılır

Bakı metrosunun iş vaxtı uzadılır

24 sentyabr 2026, Cümə axşamı
9
0
Bakı metrosunun iş vaxtı uzadılır
 
Bakıda keçiriləcək Formula 1 üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar "Bakı Metropoliteni" QSC-də iş qrafiki dəyişdiriləcək.
Bu barədə  səhmdar cəmiyyətindən məlumat verilib.
 
Mədəni-kütləvi tədbirlər planına uyğun olaraq, sentyabrın 24-dən 26-dək 3 stansiya - "İçərişəhər", "Sahil" və "28 May" gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək. Stansiyalara növbətçilik cədvəli əsasında əlavə işçi qüvvəsi ayrılacaq.
 
Ayın 24-dən 25-nə və 25-dən 26-na keçən gecə qeyd edilən 3 stansiya saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.
 
Yaşıl və Bənövşəyi xətlər üzrə hərəkət ənənəvi qaydada təşkil ediləcək, həmçinin Qırmızı xəttin digər stansiyaları saat 00:00-da bağlanacaq.
Şərh yaz
Şərhlər (0)