Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi

Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirilib.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, qanunsuz odlu silah saxlama və dələduzluq cinayətlərinə görə axtarışda olan, əvvəllər qəsdən adamöldürmə, qanunsuz olaraq odlu silah əldə etmə və saxlama, soyğunçuluq, qaçaqmalçılıq, habelə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərə görə məhkum edilmiş M.Mirzəyev saxlanılarkən polis əməkdaşlarına silahlı müqavimət göstərib.
Polis əməkdaşları tərəfindən tabel silahı tətbiq olunmaqla M.Mirzəyev zərərsizləşdirilib.
Hadisə yerindən “Makarov” markalı tapança aşkar edilərək götürülüb.
Faktla bağlı aidiyyəti üzrə araşdırma aparılır.
Daha çox xəbər:
29 iyun 2026, Bazar ertəsi
Qaxda gizli narkotik plantasiyası– ölkə üzrə 150 kiloqramdan çox narkotik, silahlar və onlarla şübhəli saxlanıldı
04 sentyabr 2026, Cümə
Polisin Bir Günlük Əməliyyatları: 93 Cinayət Açıldı, 114 Axtarışda Olan Şəxs Saxlanıldı
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
13 may 2026, Çərşənbə
DİN: Ölkə üzrə keçirilən əməliyyat tədbirləri nəticəsində onlarla cinayət açılıb
Şərhlər (0)

