Telefon:
+994 55 670 70 88
Xəbərçi » Hadisə » “Koroğlu”da yeni nişan quraşdırıldı - 100 manat+2 bal cərimə oluna bilərsiniz-Video

“Koroğlu”da yeni nişan quraşdırıldı - 100 manat+2 bal cərimə oluna bilərsiniz-Video

11 sentyabr 2026, Cümə
2
0
“Koroğlu”da yeni nişan quraşdırıldı - 100 manat+2 bal cərimə oluna bilərsiniz-Video
 
Metronun “Koroğlu” stansiyasının qarşısındakı Nəqliyyat Mübadilə Mərkəzinin girişində  5.9 nişanı (ümumi istifadədə olan nəqliyyat vasitələri üçün) quraşdırılıb.
 
Bu nişanla minik avtomobillərinin ikinci cibə daxil olması, orada sərnişin mindirib-düşürməsi qadağan edilib.
 
Bildirilib ki, yenilik ərazidən keçən müntəzəm və ekspress marşrut xətlərinin ayrılması, hərəkətin daha keyfiyyətli təşkil edilməsi məqsədilə tətbiq olunub.
 
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, həmin yola daxil olaraq qaydaları pozan sürücülər 100 manat + 2 bal həddində cərimə edilirlər.
 
Şərh yaz
Şərhlər (0)