Telefon:
+994 55 670 70 88
Xəbərçi » Hadisə » Sabiq baş konsula cinayət işi açılıb - Qızıl qaçaqmalçılığı ittihamı

Sabiq baş konsula cinayət işi açılıb - Qızıl qaçaqmalçılığı ittihamı

10 sentyabr 2026, Cümə axşamı
3
0
Sabiq baş konsula cinayət işi açılıb - Qızıl qaçaqmalçılığı ittihamı
 
Azərbaycanın Sankt-Peterburuqdakı sabiq Baş konsulu qaçaqmalçılıqda ittiham olunur.
 
 APA xəbər verir ki, sabiq konsul Sultan Qasımov külli miqdarda qızıl qaçaqmalçılığında təqsirləndirilir.
 
Cinayət işi prokurorluqda araşdırılıb. Ona Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham irəli sürülüb, cinayət işinin istintaqı yekunlaşıb və məhkəməyə göndərilib.
 
Yaxın zamanlarda işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq.
 
Qeyd edək ki, Sultan Məhəmməd oğlu Qasımov 2009-cu ildə Rusiya Federasiyasının Yekaterinburq şəhərində Azərbaycan Respublikasının ilk Baş konsulu təyin olunub, 2016-cı ildə isə Baş konsul vəzifəsindən geri çağırılıb.
 
O, 3 may 2016-cı ildə Azərbaycanın Sankt-Peterburq şəhərində Baş konsulu vəzifəsinə təyin edilib. 2024-cü il oktyabrın 21-də isə bu vəzifədən geri çağırılıb.
 
 Bizi Facebookda izləyin
  
Şərh yaz
Şərhlər (0)