Xaricdən mal gətirənlərin nəzərinə - Yeni qayda tətbiq olunacaq

Azərbaycanda gömrük sərhədindən mal keçirən fiziki şəxslər üçün yeni qayda tətbiq olunacaq.
Nazirlər Kabinetinin qərarı ilə gömrükdə malların bəyan edilməsi qaydalarına dəyişiklik edilib.
Yeni qaydaya əsasən, “Qırmızı kanal”dan keçən şəxslər müəyyən hallarda malları sadələşdirilmiş bəyannamə ilə bəyan etməli olacaqlar. Bəyannamə həm kağız, həm də elektron formada təqdim edilə bilər.
Əl yükündə və ya baqajda kommersiya məqsədi daşımayan, lakin bəyan edilməsi tələb olunan mallar olduqda vətəndaş gömrük orqanına sadələşdirilmiş bəyannamə təqdim edəcək.
Bəyannamədə müəyyən edilmiş güzəşt həddini aşan mallar, qiymətli metallar və daşlar, xarici valyuta və qiymətli kağızlar, müəyyən məbləğdən yuxarı milli valyuta, dini məzmunlu materiallar, silah və sursat, eləcə də ölkəyə gətirilən mobil cihazlar barədə məlumatların göstərilməsi nəzərdə tutulur.
Müşayiət olunmayan baqajla göndərilən mallar üçün də ayrıca sadələşdirilmiş bəyannamə tətbiq ediləcək.
Dəyişiklik çərçivəsində bəyannamə formalarının 10 və 12 nömrəli əlavələri də yenilənib.
Qərar imzalandıqdan 30 gün sonra qüvvəyə minəcək.
Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
09 dekabr 2025, Çərşənbə axşamı
Xaricdən 1 ədəddən artıq gətirilən mobil telefonlar üçün 100 manat rüsum alınacaq
Şərhlər (0)


