Telefon:
+994 55 670 70 88
Xəbərçi » Hadisə » İki nəfərin öldüyü istirahət mərkəzi məşhur iş adamına məxsus imiş

İki nəfərin öldüyü istirahət mərkəzi məşhur iş adamına məxsus imiş

09 sentyabr 2026, Çərşənbə
4
0
İki nəfərin öldüyü istirahət mərkəzi məşhur iş adamına məxsus imiş
 
Xəbər verildiyi kimi, Şəkinin Baş Kəldək kəndi ərazisində istirahət mərkəzində faciə baş verib.
 
Rayonda yerləşən "Şəki Yaylası" istirahət mərkəzində kanatın trosunun qırılması nəticəsində iki nəfər dünyasını dəyişib. Onlar Qax rayon Zərnə kənd sakini, 1996-cı il təvəllüdlü Coşqun Ceyhun oğlu Məmmədov, digəri isə onun Bakıdan Şəkiyə istirahətə gələn dostu Ucal Bayramovdur.
 
 Mia.az xəbər verir ki, sözügedən istirahət mərkəzi Masazır qəsəbəsindəki məşhur “Qurtuluş-93” yaşayış kompleksinin və Novxanıdakı “My Beach” istirahət mərkəzinin sahibi Məhərrəm Novruzova məxsusdur.
Şərh yaz
Şərhlər (0)