Əvvəl bacısını, sonra özünü bıçaqladı

Bakıda bacı və qardaşı bıçaq xəsarətləri alıb.
“Hadisə dünən saat 16 radələrində Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsində qeydə alınıb.
1990-cı il təvəllüdlü Rəfael Səfərəli oğlu Qurbanov və 1992-ci il təvəllüdlü bacısı Sura Qurbanova bıçaq xəsarətləri ilə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
İlkin araşdırmalar zamanı məlum olub ki, Rəfael Qurbanov əvvəlcə bacısına xəsarətlər yetirib, sonra isə bıçaqla özünə bir neçə zərbə endirib.
Onların evdə mübahisə etdikləri və hadisənin bu zəmində baş verdiyi bildirilib.
Faktla bağlı araşdırma aparılır.
Daha çox xəbər:
09 aprel 2026, Cümə axşamı
Azərbaycanda boşanma xəritəsi: Hansı rayonlarda ailələr daha çox dağılır? - RƏSMİ STATİSTİKA
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
Şərhlər (0)



