Telefon:
+994 55 670 70 88
Xəbərçi » Hadisə » Bakının mərkəzində ağır qəza, 32 yaşlı kişi öldü

Bakının mərkəzində ağır qəza, 32 yaşlı kişi öldü

25 avqust 2026, Çərşənbə axşamı
0
0
Bakının mərkəzində ağır qəza, 32 yaşlı kişi öldü
 
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 
“aia.az” xəbər verir ki, hadisə avqustun 23-ü saat 23 radələrində Xətai rayonu Yusif Səfərov küçəsində qeydə alınıb.
 
Pərviz Rəsulov idarə etdiyi “Toyota Camry” markalı avtomobillə piyada keçidinin üzərində yolu sağdan sola keçən Əlizadə Samir Qeys oğlunu vuraraq xəsarət yetirib.
 
Nəticədə, 1994-cü il təvəllüdlü piyada aldığı xəsarətlərdən Sabunçu Tibb Mərkəzində ölüb.
 
Faktla bağlı Xətai RPİ-də cinayət işi başlanaraq istintaq aparılır.
Şərh yaz
Şərhlər (0)