Telefon:
+994 55 670 70 88
Xəbərçi » Hadisə » Siyəzəndə 9 nəfər həbs edildi

Siyəzəndə 9 nəfər həbs edildi

19 avqust 2026, Çərşənbə
5
0
Siyəzəndə 9 nəfər həbs edildi
 
Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən 43 yaşlı Teymur Cavadov saxlanılıb.
Onun yaşadığı evin həyətyanı sahəsindən xüsusi qulluq edilərək yetişdirdiyi 62 ədəd narkotik tərkibli kol aşkarlanıb.
 
Bundan başqa, rayon ərazisində keçirilən digər tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən daha 8 nəfər saxlanılıb.
 
Faktlarla bağlı cinayət işləri başlanılıb. Saxlanılan şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Şərh yaz
Şərhlər (0)