Telefon:
+994 55 670 70 88
Xəbərçi » Hadisə » Özünü qayıqdan atmağa məcbur oldu, öldü

Özünü qayıqdan atmağa məcbur oldu, öldü

18 avqust 2026, Çərşənbə axşamı
4
0
Özünü qayıqdan atmağa məcbur oldu, öldü
 
Yevlaxda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
 
“Ötən gecə saat 1 radələrində Yevlax rayon Qaramanlı kənd sakini 1970-ci il təvəllüdlü Süleymanov Tofiq Qaçay oğlu balıq tutmaq məqsədilə su kanalına gedib.
 
O, Xanabad kəndi ərazisindən keçən hissədə - Yuxarı Şirvan kanalında qayıqla üzərkən idarəetmədə olan qayığın su axınının güclü olduğu bənd istiqamətinə hərəkət etdiyini görərək özünü suya atıb. Nəticədə, həyatını itirib. Meyiti kanalın Ağdaş rayon Şəkili kəndi ərazisindən keçən hissəsində aşkar edilib.
 
Faktla bağlı Ağdaş Rayon Prokurorluğunda araşdırma aparılır.
Şərh yaz
Şərhlər (0)