Telefon:
+994 55 670 70 88
Xəbərçi » Hadisə » Pensiyalara 4 milyard manatdan çox vəsait yönəldildi

Pensiyalara 4 milyard manatdan çox vəsait yönəldildi

17 avqust 2026, Bazar ertəsi
5
0
Pensiyalara 4 milyard manatdan çox vəsait yönəldildi
 
Bu ilin 7 ayında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz (426 milyon manat) çox olmaqla 4 milyard 568 milyon manat vəsait yönəldilib.
 
Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) məlumat yayıb.
 
Bildirilib ki, cari ilin əvvəlindən pensiyalar 9,3 faiz indeksləşdirilərək artırılıb.
 
1 avqust 2026-cı il tarixə pensiyaların orta aylıq məbləği ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz artaraq 595 manata, o cümlədən yaşa görə orta aylıq pensiyanın məbləği 633 manata çatıb.
 
Yanvar-iyul aylarında 25 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən isə 203 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.
Şərh yaz
Şərhlər (0)