Telefon:
+994 55 670 70 88
Xəbərçi » Hadisə » Əsgərlərin andiçməsindən səmimi - Fotolar

Əsgərlərin andiçməsindən səmimi - Fotolar

17 avqust 2026, Bazar ertəsi
3
0
Əsgərlərin andiçməsindən səmimi - Fotolar
 
Dövlət Sərhəd Xidmətinin (DSX) birləşmə və hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.
 
Bununla bağlı DSX məlumat yayıb.
 
Bildirilib ki, mərasimlərdə hərbi rituala uyğun olaraq Döyüş Bayrağı sıra meydanına gətirilib.
 
Dövlət Himninin ifa edilməsi ilə başlayan mərasimlərdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 
Tədbirdə Hərbi Andı qəbul edərək Vətənin müdafiəsi və dövlət sərhədlərinin etibarlı mühafizəsi kimi şərəfli və məsuliyyətli vəzifəni üzərlərinə götürən gənc əsgərlərin dövlətə, xalqa və Ali Baş Komandana sədaqətlə xidmət edəcəklərinə əminlik ifadə olunmuş, onlara gələcək xidmətlərində uğurlar arzulanıb.
 
Mərasim zamanı valideynlərlə görüş keçirilib, onları maraqlandıran suallar cavablandırılıb.
 
Andiçmə mərasimi gənc əsgərlərin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatıb.
 
Şərh yaz
Şərhlər (0)