Telefon:
+994 55 670 70 88
Xəbərçi » Hadisə » Yeni səfirlərimiz onlar oldu - Foto

Yeni səfirlərimiz onlar oldu - Foto

12 avqust 2026, Çərşənbə
7
0
Yeni səfirlərimiz onlar oldu - Foto
 
Zaur Rəşid oğlu Əhmədov Azərbaycanın İsveç Krallığında, eyni zamanda Danimarka Krallığında, Finlandiyada və Norveç Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
 
Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
 
Dövlət başçısının imzaladığı digər Sərəncama əsasən, Elnur İxtiyar oğlu Sultanov Azərbaycanın Latviyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Həmçinin imzalanan daha bir Sərəncamla E.Sultanov Azərbaycanın İsveç Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
 
İlham Əliyevin imzaladığı daha bir Sərəncama əsasən, Nərminə Elsevər qızı Mustafayeva Azərbaycanın Latviyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Şərh yaz
Şərhlər (0)