Telefon:
+994 55 670 70 88
Xəbərçi » Hadisə » TIR-la avtomobil toqquşdu - Xəsarət alanlar var

TIR-la avtomobil toqquşdu - Xəsarət alanlar var

12 avqust 2026, Çərşənbə
4
0
TIR-la avtomobil toqquşdu - Xəsarət alanlar var
 
Zaqatalada iki avtomobil toqquşub.
 
“aia.az”ın məlumatına görə, hadisə Yevlax - Zaqatala - Gürcüstan sərhəd magistral yolunun rayonun Əliabad qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
 
Belə ki, hərəkətdə olan Türkiyəyə məxsus TIR yük avtomobili  ilə Zaqatala rayon sakininin idarə etdiyi “Chevrolet Niva” markalı minik avtomobil toqquşub.
 
Hadisə zamanı “Chevrolet Niva” markalı avtomobildə olan iki nəfər - rayonun Yengiyan kənd sakini, 32 yaşlı Məhəmməd Mahmudov və Höytala kənd sakini, 58 yaşlı Şamil Dadayev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
 
Faktla bağlı araşdırma aparılır.
Şərh yaz
Şərhlər (0)