Qubada 7 kq narkotik aşkarlanıb

Quba rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi və qanunsuz silah saxlama ilə bağlı əməliyyatlar keçirilib.
Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş 58 yaşlı Xəyyam Muradov saxlanılıb.
Ondan ümumilikdə 7 kiloqram marixuana aşkarlanaraq götürülüb.
Keçirilən digər əməliyyat zamanı isə əvvəllər məhkum olunmuş 38 yaşlı Zülfüqar Məmmədovdan qanunsuz olaraq əldə edib saxladığı 1 ədəd “AKM” markalı avtomat aşkarlanaraq götürülüb.
Faktlarla bağlı cinayət işləri başlanılıb.
Məhkəmənin qərarı ilə X. Muradov və Z. Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.
Daha çox xəbər:
29 iyun 2026, Bazar ertəsi
Qaxda gizli narkotik plantasiyası– ölkə üzrə 150 kiloqramdan çox narkotik, silahlar və onlarla şübhəli saxlanıldı
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
07 iyul 2026, Çərşənbə axşamı
Nəsimi rayonunda 70 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
Şərhlər (0)

