Dalaşanları ayırarkən öldürülən Azər vəkilin qardaşı imiş - Foto

Xəbər verdiyimiz kimi, avqustun 6-na keçən gecə Gəncənin Poçt qəsəbəsində yerləşən restoranların birində baş verən kütləvi dava zamanı 1983-cü il təvəllüdlü Azər Arzu oğlu Yusifov qətlə yetirilib.
“Qafqazinfo”nun məlumatına görə, öldürülən şəxs Gəncə və ətraf rayonlarda tanınmış vəkil olan Araz Yusifovun qardaşı imiş.
Məlum olub ki, Azər Yusifov restoranda dava salan bir qrup gənci ayırmağa çalışarkən bıçaq xəsarəti alıb və hadisə yerində vəfat edib
Qeyd edək ki, A.Yusifov ailəli olub, iki uşaq atası idi.
Hadisə zamanı 1998-ci il təvəllüdlü Azmat Peçerskiy, 1998-ci il təvəllüdlü Tural İlyasov və 1995-ci il təvəllüdlü Rahib Bayramlı yaralanıb. Cinayəti törətməkdə şübhəli bilinən 2006-cı il təvəllüdlü Mirad Məmmədzadə saxlanılıb.
Fotoda Azər Yusifov

.jpg)
Daha çox xəbər:
07 fevral 2026, Şənbə
Gəncənin Maliyyə İdarəsində Səmərəli və Vətənpərvər Şəxs - Rəşid Yusifovun Fədakar Xidməti
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
Şərhlər (0)



