Telefon:
+994 55 670 70 88
Xəbərçi » Hadisə » Səlim Müslümovun milyonluq əmlakı satıldı

Səlim Müslümovun milyonluq əmlakı satıldı

06 avqust 2026, Cümə axşamı
2
0
Səlim Müslümovun milyonluq əmlakı satıldı
 
Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun müsadirə olunan iki mənzili 5-ci dəfə açıq hərrac vasitəsilə satışa çıxarılıb.
 
 Yeniavaz.com xəbər verir ki, hərrac vasitəsilə satışa çıxarılan mənzillərdən biri satılıb.
 
Bakı şəhəri, Yasamal rayonu, Mirzə İbrahimov küçəsi, 422-ci məhəllə, ev 53, mənzil 108 ünvanında yerləşən, 370.4 kvadratmetr sahəsi olan mənzil 50 faiz endirimlə 5-ci dəfə satışa çıxarılaraq 463 min 125 manata alıcı tapıb.
 
Qeyd edək ki, sabiq nazirin mənzilini alan şəxsin kimliyi barədə açıqlama verilməyib.
 
Onu da bildirək ki, Bakı şəhəri, Binəqədi rayonu, Akademik Ziya Bünyadov prospekti, ev 7A, mənzil 3 ünvanında yerləşən, 61.1 kvadratmetr sahəsi olan 2-ci mənzil isə satılmadığı üçün avqustun 18-də 6-cı dəfə hərraca çıxarılacaq. Bu dəfə mənzilin qiymətində heç bir endirim olmayacaq və mənzil 5-ci hərracda olduğu kimi 175 min manata təqdim olunacaq.
 
Xatırladaq ki, Səlim Müslümov 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvətalma) maddələri ilə ittiham irəli sürülüb. Sabiq nazir 13 ay həbsdə qaldıqdan sonra ev dustaqlığına buraxılıb.

Daha çox xəbər:

Bakıda 20 istiqamətdə tıxac müşahidə olunur
02 iyun 2026, Çərşənbə axşamı
Bakıda 20 istiqamətdə tıxac müşahidə olunur
Hazırda Bakı yolları - Fotolar
22 aprel 2026, Çərşənbə
Hazırda Bakı yolları - Fotolar
12 istiqamətdə tıxac var
18 noyabr 2025, Çərşənbə axşamı
12 istiqamətdə tıxac var
Şərh yaz
Şərhlər (0)