Telefon:
+994 55 670 70 88
Xəbərçi » Hadisə » Azərbaycan vasitəsilə Ermənistana 979 ton buğda göndərildi

Azərbaycan vasitəsilə Ermənistana 979 ton buğda göndərildi

06 avqust 2026, Cümə axşamı
5
0
Azərbaycan vasitəsilə Ermənistana 979 ton buğda göndərildi
 
Avqustun 6-da Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçirilib.
 
 14 vaqondan ibarət, çəkisi 979 ton olan buğda Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.
 
Qeyd edək ki, indiyədək Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 36 min tondan çox taxıl, 9 min tonadək gübrə, 1136 ton propan, 133 ton alüminium, 414 ton antrasit və 67 min ton taxta materialları göndərilib.
 
Eyni zamanda, indiyə qədər Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel, 5 min tonadək “Aİ-92” və “Aİ-95” benzini ixrac olunub.
Şərh yaz
Şərhlər (0)