Telefon:
+994 55 670 70 88
Xəbərçi » Hadisə » Azərbaycanda donuzlarla bağlı monitorinqlər keçiriləcək

Azərbaycanda donuzlarla bağlı monitorinqlər keçiriləcək

05 avqust 2026, Çərşənbə
5
0
Azərbaycanda donuzlarla bağlı monitorinqlər keçiriləcək
 
Avqustun 10-14-də Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən respublikanın bir sıra şəhər və rayonlarında yerləşən təsərrüfatlarda donuzlarla bağlı epizootoloji monitorinqlər keçiriləcək. 
 
Donuzların Afrika taunu xəstəliyindən azad statusunun qorunub saxlanılması, eləcə də digər xəstəliklər üzrə epizootoloji vəziyyətin qiymətləndirilməsi məqsədilə keçirilən monitorinqlər təsadüfi seçmə üsulu ilə müəyyən edilmiş ərazilərdə, fərdi və fermer təsərrüfatlarında aparılacaq.
 
Monitorinqlər zamanı laborator müayinələr üçün diaqnostik nümunələr götürüləcək, həmçinin maarifləndirmə tədbirləri həyata keçiriləcək.
Şərh yaz
Şərhlər (0)