Telefon:
+994 55 670 70 88
Xəbərçi » Hadisə » Avqustun 15-dən qatarlar “Nizami”-“28 May” arasında işləməyəcək

Avqustun 15-dən qatarlar “Nizami”-“28 May” arasında işləməyəcək

04 avqust 2026, Çərşənbə axşamı
5
0
Avqustun 15-dən qatarlar “Nizami”-“28 May” arasında işləməyəcək
 
Avqustun 15-dən Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsinin əsas tikinti mərhələsinə start verilir.
 
Bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb. 
 
Bildirilib ki, 10-11 aylıq tikinti müddətində qatarlar “Nizami”-“28 May” arasında fəaliyyət göstərməyəcək. 
 
Qeyd olunub ki, həmin müddətdə “28 May” stansiyası bağlanmayacaq, çünki “İçərişəhər-Həzi Aslanov” xəttində dəyişiklik yoxdur.
Şərh yaz
Şərhlər (0)