Telefon:
+994 55 670 70 88
Xəbərçi » Hadisə » 3990 şəxs Azərbaycana geri qaytarılıb

3990 şəxs Azərbaycana geri qaytarılıb

29 iyul 2026, Çərşənbə
1
0
3990 şəxs Azərbaycana geri qaytarılıb
 
2014-cü ildən bu günədək readmissiya sazişləri çərçivəsində ümumilikdə 3 990 şəxs Azərbaycana geri qəbul edilib.
 
Bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov "Miqrasiya sahəsində media məlumatlılığı" mövzusunda mediatur çərçivəsində jurnalistlərlə görüşündə deyib.
 
Onun sözlərinə görə, 2026-cı ilin ilk 6 ayı ərzində readmissiya sazişləri çərçivəsində 306 şəxs Azərbaycana geri qəbul edilib:
 
"205 şəxslə bağlı 138 readmissiya sorğusu müsbət cavablandırılıb".
 
DMX rəisi onu da əlavə edib ki, cari ildə qanunsuz miqrasiyanın təşkili və digər qanunsuz əməllərlə bağlı 4 fakt aşkar edilib:
 
"2026-cı ilin ilk 6 ayı ərzində 850 əcnəbi ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılıb. Həmçinin miqrasiya qanunvericiliyinin pozulması ilə bağlı 9757 qərar qəbul edilib".
Şərh yaz
Şərhlər (0)