Qarabağ müharibəsindən sonra ermənilərdən qiymətləndirmə – Ermənistan ordusu güclənir?

Ermənistanın 28 may hərbi paradında nümayiş etdirilən yeni silah və texnika ölkənin 2020-ci il Qarabağ müharibəsindən sonra ordusunu bərpa etmək istiqamətində atdığı addımları yenidən gündəmə gətirib.
Musavat.com xəbər verir ki, APRI Armenia tədqiqat mərkəzinin baş elmi işçisi Leonid Nersisyan mövzu ilə bağlı çıxışında Ermənistanın yeni müdafiə satınalma strategiyasını, ordunun hazırkı imkanlarını və gələcək islahat ehtiyaclarını dəyərləndirib.
Ekspertin sözlərinə görə, hərbi paradda nümayiş etdirilən yeni texnika Ermənistanın silahlanma siyasətində dəyişikliklərin baş verdiyini göstərir. O, həmçinin bu dəyişikliklərin Azərbaycanın hərbi üstünlüyü fonunda Ermənistan üçün nə dərəcədə çəkindirici amil yaratdığını təhlil edib.
Leonid Nersisyan bildirib ki, müasir müharibələrin xarakteri sürətlə dəyişdiyi üçün Ermənistan Silahlı Qüvvələrinin yalnız yeni silahlarla deyil, həm də yeni döyüş üsulları və hərbi idarəetmə sistemi ilə inkişaf etdirilməsi vacibdir.
Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
Şərhlər (0)




