Telefon:
+994 55 670 70 88
Xəbərçi » Hadisə » Traktor dirəyə çırpıldı - Pilləkəndəki şəxs yıxılıb öldü

Traktor dirəyə çırpıldı - Pilləkəndəki şəxs yıxılıb öldü

27 iyul 2026, Bazar ertəsi
0
0
Traktor dirəyə çırpıldı - Pilləkəndəki şəxs yıxılıb öldü
 
Ağcabədinin Qaraxanlı kəndində ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
 
“ 1993-cü il təvəllüdlü Tahir Əliyevin idarə etdiyi traktor elektrik dirəyinə çırpılıb.
 
Hadisə zamanı traktorun pilləkənində dayanan həmkəndlisi Fariz Rzayev müvazinətini itirərək təkərin altında qalıb və ağır xəsarətlər alıb.
 
Yaralı təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb və Fariz Rzayev xəstəxanada vəfat edib.
 
Faktla bağlı araşdırma aparılır.
Şərh yaz
Şərhlər (0)