Telefon:
+994 55 670 70 88
Xəbərçi » Hadisə » Ermənistandan etiraf: Azərbaycana satmağa...

Ermənistandan etiraf: Azərbaycana satmağa...

17 iyul 2026, Cümə
4
0
Ermənistandan etiraf: Azərbaycana satmağa...
 
Azərbaycanla Ermənistan arasında ticarət əlaqələri fonunda erməni iqtisadçının səsləndirdiyi fikirlər diqqət çəkib.
 
Ermənistanlı iqtisadçı Karen Adonts Azərbaycanın Ermənistandan böyük həcmdə məhsul alacağını gözləmədiyini deyib. Onun sözlərinə görə, Bakı Ermənistan iqtisadiyyatının inkişafında maraqlı deyil.
 
İqtisadçı qeyd edib ki, Azərbaycanın Ermənistana ixrac etdiyi məhsulların ümumi dəyəri 17 milyon ABŞ dolları təşkil edir. O bildirib ki, Cənubi Qafqaz ölkələrinin sənaye sahələri bir-birinə çox oxşar olduğundan region dövlətlərinin bir-birinin məhsullarına böyük ehtiyacı yoxdur və sənaye kooperasiyası hələ lazımi səviyyədə inkişaf etməyib.
 
Adontsun fikrincə, Azərbaycandan Ermənistana idxalın əsas hissəsini neft məhsulları təşkil edə bilər. Ermənistanın Azərbaycana ixrac edə biləcəyi azsaylı fərqli məhsullardan biri isə alüminium folqadır.
Şərh yaz
Şərhlər (0)