Telefon:
+994 55 670 70 88
Xəbərçi » Hadisə » Neft bazarında SON DURUM – Qiymətlər belə dəyişdi

Neft bazarında SON DURUM – Qiymətlər belə dəyişdi

16 iyul 2026, Cümə axşamı
4
0
Neft bazarında SON DURUM – Qiymətlər belə dəyişdi
 
ABŞ-la İranın bir-birinə zərbələr seriyasını davam etdirməsi fonunda dünya neft bazarında qiymətlərin azalması müşahidə olunur.
 
 
 İranın limanlarını blokadaya alan ABŞ Hörmüzün Oman hissəsindən neft tankerlərinin keçidini təmin etməsi bu boğazla bazara çıxarılan neft həcmlərinin kəskin azalmasının qarşısını alıb. Bazar neft axınının davam etməsinə qiymət endirimi ilə reaksiya verib.
 
Londonun ICE birjasında Brent nefti 1 dollar ucuzlaşaraq 84,5 dollara, Nyu-Yorkun NYMEX birjasında WTI nefti isə 0,3 dollar ucuzlaşaraq 79,3 dollara ticarət olunur.
Analitiklərə görə, eskalasiyanın dərinləşməsi baş verməsə, qiymətlər 80 dollara qədər düşə bilər.
Şərh yaz
Şərhlər (0)