Su polisi vətəndaşın şikayətini araşdırır

Son zamanlar Şüvəlanın Xəzər dənizinə yaxın ərazisində - Mayak deyilən yerdə vətəndaşların səs-küy salmaları, ərazini çirkləndirmələri, suda batma halları artıb.
Bu barədə vətəndaş R.Rzayev Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinə müraciət edib.
Vətəndaşın sözlərinə görə, bununla bağlı Fövqəladə Hallar Nazirliyinə (FHN) sorğular verilib, nəticədə əraziyə lövhələr qoyulub. Lakin sonradan naməlum şəxslər tərəfindən sökülərək götürülüb. Sonradan isə təkrar olaraq həmin əraziyə lövhələr qoyulub.
Hazırda şikayətlə bağlı müvafiq orqanlara sorğular verilib, təhqiqat bölməsində araşdırma aparılır.
Qeyd edək ki, rəsmi qurumlar tərəfindən vətəndaşlara qadağan olunmuş ərazilərdə çimməmələri tövsiyə edilir.
Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
04 dekabr 2025, Cümə axşamı
İşğaldan azad edilmiş ərazilərdə tərəqqi və reinteqrasiya: Azərbaycanda yeni iqtisadi güc mərkəzi yaranır - TƏHLİL
25 fevral 2026, Çərşənbə
Yadplanetlilər Yerə 2027-ci ilə qədər vaxt verib - Kosmonavtın qeydləri tükürpədicidir
Şərhlər (0)


