“Bundan maşın çıxmaz, bilmirəm zərərimi necə ödəyəcəklər” - Video

Ötən gün Bakının Nizami rayonundakı yanacaqdoldurma məntəqəsində baş verən qəzanın təfərrüatı məlum olub.
“Qəzaya nəticəsində “KIA” markalı minik avtomobili yararsız hala düşən sürücü bu barədə “Xəzər TV”yə danışıb.
O, hadisənin maşından düşdükdən sonra baş verdiyini və yük maşınının sürətinin çox olduğunu bildirib.
“Maşınımı yanacaqdoldurma məntəqəsinin qapısının qarşısında saxlamışdım. Gördüm ki, SOCAR-ın yanacaq daşıyan maşını yüksək sürətlə gəlir. O biri tərəfdən isə “Ford” markalı maşın gəlirdi. SOCAR-ın yük maşını “Ford”u sürüyərək gəlib mənim maşınımı da əzdi. Belə görünür ki, yeni maşın alınmalıdır, bundan maşın çıxmaz, indi bilmirəm zərərimi necə ödəyəcəklər, heç kəs məlumat verməyib”.
Daha ətraflı videomaterialda:
Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
01 iyun 2026, Bazar ertəsi
Bakı Enerji Həftəsi çərçivəsində maliyyə dəyəri 8 milyard dollara yaxın olan müqavilələr imzalanıb
Şərhlər (0)



