Telefon:
+994 55 670 70 88
Xəbərçi » Hadisə » ADY sərnişin daşınmasını 18 % artırıb

ADY sərnişin daşınmasını 18 % artırıb

08 iyul 2026, Çərşənbə
4
0

ADY sərnişin daşınmasını 18 % artırıb


Bu ilin yanvar-iyun aylarında "Azərbaycan Dəmir Yolları" QSC (ADY) ilə Abşeron dairəvi dəmir yolu və rayonlararası marşrutlarla 5 milyon 464 min 009 sərnişin daşınıb.


Bu barədə ADY-dən məlumat verilib.


Bu, 2025-ci ilin ilk yarısı ilə müqayisədə 18 % çoxdur.


Bu ilin birinci yarısında Abşeron dairəvi dəmir yolu ilə 5,1 milyondan çox (+17 %), rayonlararası marşrutlarla isə təxminən 289 min sərnişin (+17 %) səfər edib.


Təkcə iyun ayında isə ADY qatarları ilə 950 min 287 sərnişin daşınıb ki, bu da ötən ilin iyun ayı ilə müqayisədə 24 % çoxdur.


Eyni zamanda, may ayında yenidən fəaliyyətə başlamış Bakı-Tbilisi-Bakı reysləri ilə 12 mindən çox sərnişin daşınıb.

Şərh yaz
Şərhlər (0)