Telefon:
+994 55 670 70 88
Xəbərçi » Hadisə » Tanınmış tiktoker məsuliyyətə cəlb olundu

Tanınmış tiktoker məsuliyyətə cəlb olundu

07 noyabr 2025, Cümə
2
0
Tanınmış tiktoker məsuliyyətə cəlb olundu
 
Sosial şəbəkələrdə “Koti” kimi tanınan fenomen məsuliyyətə cəlb olunub.
 
Teleqraf- xəbər verir ki, o, qanunsuz qumar oyunlarını təbliğ etdiyi üçün məhkəmə önünə çıxarılıb.
 
Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdə 25 yaşlı tiktoker özünü təqsirli bilərək əməlini etiraf edib. O, 2023-2025-ci illərdə özünə məxsus instaqram hesabında qanunsuz mərc saytlarını reklam etdiyini, bunu bir daha təkrarlamayacağını bildirib.
 
Hakim Tural Musayevin sədrliyi ilə keçirilən prosesdə “Koti” İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi üzrə təqsirli bilinib və o, 600 manat məbləğində cərimə edilib.
 
Qeyd edək ki, onunla bağlı protokolu Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərtib edib.
Şərh yaz
Şərhlər (0)