Sabiq rektor VƏFAT ETDİ

Bakı Slavyan Universitetinin sabiq rektoru, hakim Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının keçmiş sədri Nurlana Əliyeva vəfat edib.
Oxu.az xəbər verir ki, o, iyulun 1-də səhər saatlarında 80 yaşında dünyasını dəyişib.
Son vaxtlar N.Əliyevanın səhhətində ciddi problemlər yaranmışdı.
Qeyd edək ki, Əliyeva Nurlana Müzəffər qızı 1946-cı il avqustun 28-də Gəncə şəhərində müəllim ailəsində anadan olub. Gəncə şəhər Cəfər Cabbarlı adına 6 nömrəli məktəbdə orta təhsil alan Nurlana Əliyeva daha sonra təhsilini Bakı Dövlət Universitetində (BDU) davam etdirib. BDU-nun filologiya fakültəsini bitirdikdən sonra - 1969-cu ildə əmək fəaliyyətinə başlayıb.
Bakı şəhərindəki 134 nömrəli məktəbdə, Bakı Maliyyə-Kredit Texnikumunda Azərbaycan dili və ədəbiyyat müəllimi işləyib. 1990-cı il dekabrın 29-dan Azərbaycan Dövlət Pedaqoji Kollecinə (keçmiş M. Ə. Sabir adına Bakı Pedaqoji Texnikumu) rəhbərlik edib.
N.Əliyeva “Azərbaycan bədii nəsrində müasir kənd və onun problemləri” mövzusunda namizədlik, “60–80-ci illər Azərbaycan nəsrində qəhrəman və üslub axtarışları” mövzusunda doktorluq dissertasiyaları müdafiə edib. BDU-nun professoru, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda doktorluq üzrə ixtisaslaşmış dissertasiya şurasının üzvü olub.
12 kitabın, onlarca elmi, publisist məqalənin müəllifidir.
Hakim Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, eyni zamanda 2009-2021-ci illərdə YAP Respublika Qadınlar Şurasının sədri olub.
Prezident İlham Əliyevin 2016-cı il iyunun 23-də imzaladığı sərəncamla N.Əliyeva Bakı Slavyan Universitetinin rektoru təyin edilib.
2021-ci il iyunun 22-də vəzifəsindən azad edilib.
Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
15 yanvar 2026, Cümə axşamı
Ömrün hər bir anı - təhsilə xidmət: ürəklərdə iz salan müəllim ünvanı -Mahir Həbib oğlu Naxçıvanski
Şərhlər (0)


