Telefon:
+994 55 670 70 88
Xəbərçi » Hadisə » İrəvanda qondarma rejimin "bayrağı" söküldü - SAXLANILANLAR VAR

İrəvanda qondarma rejimin "bayrağı" söküldü - SAXLANILANLAR VAR

25 iyun 2026, Cümə axşamı
3
0

İrəvanda qondarma rejimin "bayrağı" söküldü - SAXLANILANLAR VAR

İrəvanda Fransa meydanındakı separatçı simvollarla bağlı mübahisə bir neçə gündür davam edir.

 Daşnaksutyun Gənclər İttifaqının yaydığı məlumata görə, gecə saatlarında qondarma “arsax bayrağı”nı yenidən meydana asmağa cəhd göstərən iki təşkilat nümayəndəsi saxlanılıb.

Daşnaklar separatçı rəmzlərin İrəvan meriyasının göstərişi ilə ərazidən yığışdırılmasından gileylənirlər.

Təşkilat artıq bu saxlanılmaları “milli rəmzlərə və yaddaşa hücum” kimi təqdim etməyə çalışır, halbuki söhbət ləğv edilmiş separatçı layihənin simvollarının nümayişindən gedir.

Şərh yaz
Şərhlər (0)