“BYD” qəza törətdi - Piyada öldü

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, 1997-ci il təvəllüdlü D.Nəsirov gecə saat 01 radələrində idarə etdiyi “BYD” markalı avtomobillə Türkan qəsəbəsində hərəkətdə olarkən yolu keçmək istəyən piyada 1975-ci il təvəllüdlü Qafarov Rauf Arif oğlunu vurub.
Piyada aldığı xəsarətlərdən Sabunçu Tibb Mərkəzində ölüb.
Fakta görə Xəzər RPİ-də cinayət işi başlanıb.
Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
Şərhlər (0)



