Tur paketləri adı altında dələduzluq: Şübhəli bilinən qadın ölkədən qaçdı

Xarici ölkələrə tur paketləri təşkil etmək vədi ilə vətəndaşların pul vəsaitlərini ələ keçirməkdə şübhəli bilinən şəxs barəsində beynəlxalq axtarış elan edilib.
APA xəbər verir ki, 1995-ci il təvəllüdlü Şen Zülfüqar qızı Faida ilə bağlı dələduzluq əməlləri üzrə Xətai Rayon Polis İdarəsində cinayət işi başlanıb. Aparılan araşdırmalar zamanı onun ölkəni tərk etdiyi müəyyən edilib.
Hazırda faktla bağlı cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
12 fevral 2026, Cümə axşamı
SON DƏQİQƏ: DTX Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və digərləri barədə məlumat yayımladı - VİDEO
Şərhlər (0)



