Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

İmamzadə ziyarətgah kompleksinin imamı, Qafqaz Müsəlmanları İdarəsinin Gəncə bölgəsi üzrə qazisi Hacı Tahir Abbasovun səhhətində ciddi problemlər yaranıb.
"Teleqraf" xəbər verir ki, şəkərli diabetdən əziyyət çəkən Hacı Tahir Abbasov bir müddət əvvəl Bakıda gözündən əməliyyat olunub. Hazırda onun digər gözündə də ağırlaşma müşahidə olunur və görmə qabiliyyətini, demək olar ki, itirib.
İlkin ehtimallara görə, buna səbəb keçirdiyi əməliyyatın uğursuz olmasıdır. T.Abbasovun yenidən Bakıda cərrahi əməliyyat olunacağı bildirilir.
Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
29 yanvar 2026, Cümə axşamı
Hacı Rahibbayev: Bibiheybət Məscid və Ziyarətgah Kompleksinin Ruhani Rəhbəri və Vətənpərvər Xidmətkarı
Şərhlər (0)


