Telefon:
+994 55 670 70 88
Xəbərçi » Hadisə » Sabah 28 dərəcə isti olacaq

Sabah 28 dərəcə isti olacaq

01 iyun 2026, Bazar ertəsi
4
0

Sabah 28 dərəcə isti olacaq

Sabah Bakıda 23, bölgələrdə 28 dərəcə isti olacaq.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam qısamüddətli yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Səhər saatlarından arabir güclənən şimal-qərb küləyi axşam tədricən mülayimləşəcək.

Havanın temperaturu gecə 15-18° isti, gündüz 19-23° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 55-60 % təşkil edəcək.

Azərbaycanın rayonlarında isə havanın əsasən yağmursuz keçəcəyi, lakin səhər şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 12-17° isti, gündüz 23-28° isti, dağlarda gecə 6-11° isti, gündüz 13-18°, bəzi yerlərdə 20-25° isti olacaq.

Daha çox xəbər:

Yeni il günü Bakıya qar yağacaq? - PROQNOZ
30 dekabr 2025, Çərşənbə axşamı
Yeni il günü Bakıya qar yağacaq? - PROQNOZ
Sabah 30 dərəcə isti olacaq
26 may 2026, Çərşənbə axşamı
Sabah 30 dərəcə isti olacaq
Sabah bəzi yerlərdə yağış yağacaq
08 aprel 2026, Çərşənbə
Sabah bəzi yerlərdə yağış yağacaq
Sabah leysan olacaq - Xəbərdarlıq
03 noyabr 2025, Bazar ertəsi
Sabah leysan olacaq - Xəbərdarlıq
Şərh yaz
Şərhlər (0)