Telefon:
+994 55 670 70 88
Xəbərçi » Hadisə » Təzəpir məscidində Qurban bayramı namazı qılınıb

Təzəpir məscidində Qurban bayramı namazı qılınıb

27 may 2026, Çərşənbə
0
0
Təzəpir məscidində Qurban bayramı namazı qılınıb
 
Bakıda Təzəpir məscidində Qurban bayramı namazı qılınıb.
 
Bayram namazı 09:00-da Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin pişnamazlığı ilə qılınıb.
 
İbadətdə din xadimləri, Azərbaycanda yaşayan əcnəbilər və yerli sakinlər iştirak ediblər.
 
Bayram namazında Ulu Öndər Heydər Əliyevin və şəhidlərin ruhuna dualar edilib, Azərbaycan xalqına əmin-amanlıq və ruzi-bərəkət arzulanıb.
 
Qeyd edək ki, bu il Azərbaycanda Qurban bayramı mayın 27-28-də qeyd olunur.
Şərh yaz
Şərhlər (0)