DİQQƏT: Qurban bayramına görə bu işçilərə əlavə pul veriləcək?

Qurban bayramı ərəfəsində bir çox işçiləri düşündürən əsas məsələlərdən biri də müəssisələr tərəfindən əlavə bayram ödənişlərinin verilib-verilməyəcəyidi. Bəzi şirkətlər əməkdaşlarını bayram münasibətilə mükafatlandırsa da, digərlərində belə bir praktika tətbiq olunmur. Maraqlıdır, işçilərə bayram bonusu və ya maddi yardımın verilməsi qanunla məcburidirmi, yoxsa bu, yalnız rəhbərliyin qərarından asılıdır?
Mövzu ilə bağlı konkret.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib ki, qanunvericilikdə müəssisələrin işçilərə əlavə bayram ödənişi etməsinə imkan verən müddəalar mövcuddur:
“Qanunda nəzərdə tutulub ki, bu, müəssisə rəhbərliyinin qərarı əsasında həyata keçirilə bilər. Dövlət müəssisələrində və büdcə təşkilatlarında məsələ fərqli tənzimlənir. Çünki onlar büdcədən asılıdırlar. Özəl sektorda isə tamamilə rəhbərliyin qərarından asılıdır.
Bir çox şirkətlərdə belə bir prosedur nəzərdə tutulub. Bayram payı verilir, əlavə ödənişlər olunur. Amma bu, bütün iş yerlərinə aid deyil və məcburi xarakter daşımır”.
Natiq Cəfərli qeyd edib ki, işçilər bu ödənişlərin verilməməsi ilə bağlı hüquqi tələb irəli sürə bilməzlər. Çünki bu, qanunda sərt tələb kimi göstərilmir və müəssisə rəhbərliyinin qərarına bağlı məsələdir.
Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
14 dekabr 2025, Bazar günü
Xalqa Söykənən İdarəçilik Nümunəsi: Çaparlı İcra Nümayəndəsi Natiq Aslanovun Fədakar Xidməti
13 fevral 2026, Cümə
Özəl xəstəxanalarda onkoloji yardımın alınması ilə bağlı dəyişiklik son oxunuşda qəbul edilib
22 yanvar 2026, Cümə axşamı
Azərbaycanda vətəndaşlar özəl xəstəxanalarda da onkoloji yardım ala biləcək
Şərhlər (0)
