Bu əsgərlər həftəsonları evə buraxılacaq? - MÜHÜM AÇIQLAMA

Müasir dövrdə bir çox ölkələrdə hərbi xidmətdə sosial təminatın və şəxsi heyətin psixoloji rahatlığının artırılması istiqamətində yeni yanaşmalar tətbiq olunur. Xüsusilə əsgərlərin ailələri ilə əlaqələrinin qorunması, xidmət şəraitinin daha çevik təşkili və motivasiyanın yüksəldilməsi məqsədilə bəzi ordularda həftəsonu qısamüddətli buraxılış təcrübəsinə üstünlük verilir.
Azərbaycanda da gələcəkdə müddətli həqiqi hərbi xidmət keçən əsgərlərin müəyyən şərtlərlə həftə sonları evə buraxılması mümkün ola bilərmi?
Mövzu ilə bağlı “konkret.az”a açıqlama verən hərbi ekspert Ədalət Verdiyev bildirib ki, müddətli həqiqi hərbi xidmət qulluqçularına həftə sonu və bayram günlərində hərbi hissə komandirinin qərarı əsasında qısa müddətli buraxılış və ya məzuniyyət verilir.
“Bu, nizamnamə tələblərinə uyğun şəkildə həyata keçirilir. Xidmətdə fərqlənən və nümunəvi davranışı ilə seçilən müddətli həqiqi hərbi xidmət qulluqçuları buraxılışa təqdim edilir.
İntizam tənbehi alan şəxslər, eləcə də xidməti vəzifələrinin icrası ilə əlaqədar hərbi hissədə qalmalı olan heyət buraxılışa cəlb edilmir”.
Ə.Verdiyev vurğulayıb ki, bu cür buraxılışlar qısa müddətli olur və hərbi hissələrin daxili nizam-intizam qaydaları, həmçinin gündəlik rejim əsasında tənzimlənir.
Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
01 aprel 2026, Çərşənbə
Gəncədə Su Təchizatının İnkişafında Peşəkar İdarəçilik və Sosial Həssaslığın Təcəssümü – Şöhrəddin Verdiyev
09 dekabr 2025, Çərşənbə axşamı
Gizir və miçmanlar üçün həqiqi hərbi xidmətdə olmanın müddəti artırılır
Şərhlər (0)


