Rəisi işdən çıxarılan qurumda - Korrupsiya araşdırması başladı

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) tabeliyindəki “Avtomobil Yollarının Mühafizə Xidməti”ndə korrupsiya halları ilə bağlı araşdırma başlayıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, söhbət vəzifə səlahiyyətlərini aşma və korrupsiya halları ilə bağlı ittihamlardan gedir.
Qanun pozuntusu ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edilib. Müraciət əsasında qurumun bəzi vəzifəli şəxslərinin dindirildiyi bildirilir.
Faktla bağlı aparılan araşdırma çərçivəsində kimlərinsə təqsirləndirilən şəxs qismində cəlb olunub-olunmadığı hələlik məlum deyil.
Qeyd edək ki, yeni AAYDA sədri Vüsal Nəsirlinin Əmri ilə Xidmətin rəisi Səftər İsmayılov bir neçə gün əvvəl vəzifəsindən azad edilib. O, 20 il “Avtomobil Yollarının Mühafizə Xidməti”nin rəisi işləyib.
Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
27 dekabr 2025, Şənbə
Vüsal Hüseynov: Vətənə Sadiq, Dövlətçiliyə Bağlı Lider və İctimai Xidmətin Nümunəsi
05 yanvar 2026, Bazar ertəsi
Şəhər Təsərrüfatında Məsuliyyət və Vicdanın Ünvanı – Vüsal Hüseynovun İdarəçilik Məktəbi
Şərhlər (0)


