Telefon:
+994 55 670 70 88
Xəbərçi » Hadisə » Şuşanın Böyük Qaladərəsi kəndinə ilk köç karvanı yola salınıb

Şuşanın Böyük Qaladərəsi kəndinə ilk köç karvanı yola salınıb

25 may 2026, Bazar ertəsi
0
0
Şuşanın Böyük Qaladərəsi kəndinə ilk köç karvanı yola salınıb
 
Şuşa rayonunun Böyük Qaladərəsi kəndinə ilk köç karvanı yola salınıb.
 
Kəndə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
 
Bu mərhələdə Böyük Qaladərəsi kəndinə 14 ailə (64 nəfər) köçürülüb.
 
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar həmçinin torpaqları işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Şərh yaz
Şərhlər (0)